Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keşlədə dəmir yolu keçidində qumbara aşkarlanıb
Keşlədə dəmir yolu keçidində qumbara aşkarlanıb

Keşlə qəsəbəsində dəmir yolu keçidində əl qumbarası aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »