Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir
"Azərişıq" ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir

Hava şəritinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də regionlarda havanın temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Bəzi yerlərdə sulu qar və qarın yağması proqnozlaşdırılır.

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa, istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »