Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “Mən bir daha o axmağı dəstəkləməyəcəyəm”
Tramp: “Mən bir daha o axmağı dəstəkləməyəcəyəm”

"Biz sadəcə olaraq, seçkidə qalib gələ bilədikdik. Əgər seçicilərimizə "son seçki saxtalaşdırıldığı üçün səs verməyin" desək, özümüzü əlverişsiz vəziyyətə salmış olarıq".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ-da respublikaçı senator Mayk Rounds qanlı konqres basqınının ildönümündə çıxışı zamanı deyib.

O, seçkilərin ədalətli keçdiyini və bunun qəbul edilməli olduğunu bildirib.

Roundsun sözlərinə ABŞ-ın keçmiş prezidenti Tramp sərt reaksiya verib. Tramp açıqlama verərək: "Sözdə senator Mayk Rounds saxta xəbər kanalı "ABC News"a açıqlama verdi və Viskonsin, Corciya, Arizona, Miçiqan, Pensilvaniya ştatlarında bütün dəlillərə baxmayaraq, seçkinin saxtalaşdırıldığını görmədi. Bu dəli olub, yoxsa sadə axmaq? Mən bir daha o axmaq “psevdo-respublikaçını” dəstəkləməyəcəyəm", -deyib.

Lakin Trampın sözləri onun öz auditoriyası tərəfindən o qədər də dəstəklənməyib. Respublikaçı, Senatda azlığın lideri Mitch McConnell: "Məncə, senator Raunds 2020-ci il seçkiləri ilə bağlı həqiqəti söyləyib. Mən də onunla razıyam", - deyib.

Respublikaçı senator Shelley Moore Capito: "Mayk Rounds bizim ən yaxşı, ən mehriban üzvlərimizdən biridir. Mən ona qarşı irəli sürülən ittihamlarla razı deyiləm", - deyə bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »