Antalyada dənizdə boğulma təhlükəsi ilə üzləşən və ürəyi dayanan rusiyalı 52 yaşlı Larisa Stadnikova polis və tibb işçiləri tərəfindən 45 dəqiqəlik ürək masajı ilə həyatda qalıb.
Bizimyol.info xəbər verir ki, Türkitə mətbuatınınverdiyi məlumata görə, Stadnikova reanimasiya şöbəsində müalicə olunub.
Hadisə səhər saatlarında Konyaaltı mahalı Aralıq dənizi Bulvarında baş verib. Antalyaya istirahətə gələn rusiyalı Larisa Stadnikova 5 ulduzlu otelə yerləşib. Səhər yeməyindən sonra dalğalı olsa da dənizə girən Larisa Stadnikova qısa müddətdə yoxa çıxıb. Stadnikovanın batmaq təhlükəsi ilə üzləşdiyini görənlər "112" Təcili Zəng Mərkəzinə zəng edib. Xəbər üzərinə təcili yardım və polis qrupları sahilə sövq edildi.
Stadnikovanın olduğu yerə gələn dəniz polisi qadını qayığa mindirərək Marinadakı Dəniz Bölməsi Müdirliyinin qarşısına gətirib. Ürəyi dayanmış Stadnikova tibb işçiləri gələnə qədər ürək masajı edilib. Qısa müddətdən sonra hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən 45 dəqiqə ürəyinə masaj edilən Stadnikova həyata qayıdıb. Təcili yardıma çatdırılan Stadnikova Atatürk Dövlət Xəstəxanasına aparılıb. Bildirilib ki, reanimasiya şöbəsində müalicə alan Stadnikovanın vəziyyəti ağır olaraq qalır.
Bizimyol.info