Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "Kasıbları təhqir edən sürücü üzr istəyib"
DİN: "Kasıbları təhqir edən sürücü üzr istəyib"

Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən xəbərə görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb. O, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. S. Bağırov əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.

Son xəbərlər
Bütün xəbərlər »