Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev Nazarbayevin adamlarını "aradan götürür"
Tokayev Nazarbayevin adamlarını "aradan götürür"

Qazaxıstan Təhlükəsizlik Şurasının vəzifədən bir müddət əvvəl uzaqlaşdırılan sədri Nursultan Nazarbayevin ortaya çıxmaması müəmmalı görünür. Hər keçən gün şübhələri artır. Nazarbayev səhnəyə çıxmır, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə onun adamlarına hücum etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, Orta Asiya dövlətinin başçısı ölkədə xeyli oliqarxın peyda olmasına görə məhz Təhlükəsizlik Şurasının keçmiş sədrini ittiham edib. Tokayevin fikrincə, Nazarbayev həmin adamlara rahatca varlanmağa şərait yaradıb.

Qazaxıstanın prezidenti ölkədəki sosial-iqtisadi sistemin effektli olmamasından danışıb. Tokayev əmindir ki, sistem yalnız oliqarxlara sərfəlidir. Dövlət başçısı azad bazar prinsiplərinin pozulduğunu, rəqabət mühitinə imkan verilmədiyini bildirir. Tokayev bu barədə işlətdiyi hər iki-üç cümlədən sonra Nazarbayevin idarəçiliyinə işarə vurur. Prezident demək istəyir ki, bütün işləri ölkənin ilk prezidenti korlayıb. Nazarbayev açıq ittiham hədəfinə çevrilməyə başlayıb.

Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev

Görünən budur ki, Tokayev Nazarbayevin adamlarının bir-birinin ardınca sıradan çıxaracaq. Nazarbayev hara baxır? Bunu bilmək olmur. Çünki öldüsündən və ya qaldısından xəbər yoxdur. Nazarbayevin mətbuat katibi Aydos Ukibay hamını əmin etməyə çalışır ki, Təhlükəsizlik Şurasınını sədri postunu könüllü tərk edib. Hadisələr isə belə deməyə əsas vermir. Nazarbayev ortada yoxdur. Ölkənin keçmiş rəhbəri ya komaya düşüb, ya da həyatını itirib. Yoxsa indiyə qədər hər hansı sərt reaksiya olardı. Tokayev hətta Nazarbayevin qızının Qazaxıstandakı şirkətlərini də təftiş etməyə başlayıb.

Nazarbayevin taleyinin necəliyindən asılı olmayaraq, Orta Asiya dövlətində ikihakimiyyətliliyə son qoyulub. Onun sağ olması da çox şeyi dəyişməyəcək. Rusiya prezidenti Vladimir Putinə güvənən Kasım-Jomart Tokayev hakimiyyəti tam ələ alıb. Bir neçə dəqiqə əvvəl yeni hökumət heyətinin formalaşması xəbəri yayılıb. Alibek Kuantırov İqtisadiyyat, Bolat Akçulakov Energetika naziri təyin olunub. Daxili İşlər Naziri Yerlan Turqumbayev postunu qoruyub. Müdafiə naziri Murat Bektanov da istefaya göndərilməyib. Bu nazirlərin heç biri Nazarbayevin adamı sayılmır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »