Sabah Belçikanın paytaxtı Brüsseldə baş tutacaq NATO-Rusiya Şurasının iclası gözlənilir.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko məlumat verib.
O, konstruktiv dialoqa ümid etdiyini və münasibətlərdə həqiqət məqamının yaxınlaşdığını bildirib.
Jurnalistlərə açıqlama verən Qruşko, danışıqlara çox real gözləntilər və Avropanın əsas təhlükəsizlik məsələləri üzrə dərin və ciddi məsləhətləşmələrə ümidlə getdiklərini bildirib. "NATO uzun illər ərzində yaşanan çətinliklərə səssiz qalıb və Moskvanın “Alyansın dinc xarakterinə inamsızlıq” kimi mövqeyinə məhəl qoymayıb".
“Hər şeyin bir zamanı var. Bunu mübaliğəsiz deyə bilərəm. Alyansla münasibətlərimizdə həqiqət anı gəlir”, - deyən nazir müavini görüşün qeyri-rəsmi xarakter daşıyacağını, Rusiya nümayəndə heyəti üçün əsas məsələnin təhlükəsizlik təminatı ilə bağlı təkliflərin olduğunu qeyd edib.
Sabah Brüsseldə Rusiya-NATO Şurası keçiriləcək. Rusiya nümayəndə heyətinə xarici işlər və müdafiə nazirliklərinin nümayəndələri daxil olacaq. Moskva və Vaşinqton yanvarın 9-10-da Cenevrədə Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı görüş keçirib.
Bizimyol.info