Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnsanların həyatını təhlükəyə atırlar"
"İnsanların həyatını təhlükəyə atırlar"

Son zamanlar narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücülərin sayı artıb ya da belə deyək, son zamanlar nəzarət gücləndirilib. Belə ki, ötən ilin 9 ayı ərzində Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib. Polis bu sahədə mübarizə tədbirlərini gücləndirib, amma burada iş polisin tədbirləri ilə bitmir. Daşıyıcı şirkətlər və fiziki və hüquqi şəxslər bu məsələdə diqqət nümayiş etdirmirlər. Sürücülər işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilmir. Buna görə də, anoloji hallar artmaqda davam edir.

Əgər yadınızdadırsa, bir neçə il əvvəl spirtli içkilərin təsiri altında avtobus idarə edənlər çox idi. Sonra avtobuslarda siqaret çəkmək belə qadağan edildi. İndi isə, vəziyyət daha ağırdır. Sürücülər narkotik maddələrin təsiri altında gün ərzində yüzlərlə insanın həyatını təhlükəyə atırlar.

Bəs görəsən avtobus sürüclərinin işə götürülmə qaydaları necə olmalıdır?

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, sürücülərin ilk növbədə uyğun kateqoriyası olmalıdır. Bundan sonra o avtobus idarə etmək üçün işə müraciət etdiyi zaman ondan sağlamlıq haqqında arayış mütləq şəkildə tələb edilməlidir: “Sürücülərin psixi və ya hər hansı bir yoluxucu xəstəliyi ola bilər. Məsələn, psixi xəstəliyi olan bir sürücü sərnişinlə mübahidə edə bilər və yaxud yolda qarşısına çıxan hər hansı bir maneəyə qarşı aqressiv davranış nümayiş etdirə bilər. Əgər sürücünün yoluxucu xəstəliyi varsa, bu soyuq havalarda təhlükəli hal ala bilər. Soyuq havalarda avtobusların pəncərələri bağlı olur. Sürücünün öskürəyi və ya nəfəsi belə təhlükəli ola bilər.

Daha sonra sürücü işə qəbul edilərkən narkotik dispanserdən də sənəd tələb edilməlidir. Şəxs narkotik istifadəçisi olubmu, xəstəxana qeydiyyatı varmı, hazırda istifadə edirmi və s. bu kimi suallara həmin sənəddə cavab verilməlidir. İşə götürdüyü sürücünün sağlamlığına əmin olan işəgötürən bundan sonra onu işlə təmin etməlidir”.

Bəzi sahələr var ki, kütlənin taleyi həmin sahələrdən asılı olur. Və ictimai nəqliyyat sahəsi də bu sahələrin önündə gedir. Bu səbəbdən, bu sahəyə xüsusi diqqət olmalıdır.

Sürücülər reysə buraxılmamışdan öncə yoxlanılmalıdır. Ancaq əksər fiziki və hüquqi şəxslər və ya şirkətlər bunun dərinliyinə varmır. Bu məsələyə önəm vermirlər.  Mütəxəssisin fikrincə, əgər avtobus sürücüsü narkotik maddə təsiri altında reysə çıxıbsa, burada təkcə sürücü deyil, sahibkar da məsuliyyət daşıyır.

“İnsanların həyatını təhlükəyə atırlar. Narkotik vasitələrdən istifadə edənlər elə düşünür ki, bunların davranışına və ya psixikasına təsir etmir. Amma bu vasitələrin onları necə dəyişdirdiyinin fərqinə varmırlar. Narkotik vasitənin təsiri altında bir qədər yüksəkdən deyilən “saxla” sözü belə sürücüyə təsir edir. Odur ki, bu kimi halların qarşısını almaq üçün işəgötürən diqqətli olmalıdır. Narkotik vasitə istifadəçiləri bu maddələri əldə etmək üçün istənilən işdə və istənilən maaşa işləməyə hazırdır. İşəgötürənlər diqqətli olmalıdır” - deyə ekspert bildirib.

Qeyd edək ki, həqiqətən də bu sahədə vəziyyət acınacaqlıdır. Avtobus sürücülərinin ötmə əməliyyatları, “kim birinci dayanacağa çatdı” yarışları, sərnişinlərlə kobud davranışları və s. ciddi hal alıb. Və təkcə polis deyil, bu işdə məsul olan hər kəs vəziyyətə diqqətlə yanaşmalıdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Rusiya donanmasının flaqmanı "Admiral Makarov" Sevastopoldan "qaçıb"
››› Moskvaya aydın mesaj: Ukrayna yeganə şərtini açıqladı
››› Qazı əhaliyə ən ucuz satan ölkələr: Rusiya ikinci yerdədir
››› Bayden Çini açıq şəkildə hədələdi: ABŞ ordusu birbaşa qarışacaq
››› Bakıda “London taksisi” qəbirstanlığı və ya hər yenilikdə bir korrupsiya
››› Bayden Şimali Koreyanı hədələdi: "Atacağınız hər addıma əvvəlcədən hazırlaşmışıq"
››› Putin Əsədin “çəllək bombaları”ndan istifadə etməyə hazırlaşır
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »