Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gördüyümüz yuxular necə çin olur... - Yuxuyozma
Gördüyümüz yuxular necə çin olur... - Yuxuyozma

Bəzən ilk sevgimizi yuxuda görərik və bu yuxu o qədər təsirli olar ki, gün içində təsirindən çıxa bilmərik. Bəzən gördüyümüz kabus kimi bir yuxu bütün günümüzü alt-üst edər. Oxuculardan biri yazır ki, ailə həyatı qurmamışdan əvvəl yuxuda ağ gəlinlik geyindiyini, ancaq bu geyimin onu sıxdığını görüb. Bir neçə il sonra boşanan xanım elə hesab edir ki, bu yuxu ona xəbərdarlıq imiş. Tarixə nəzər saldıqda görürük ki, Misir kralı Fironun məhkumları görmə yuxusu 7 il sonra eyni gün çin olur. Misir kralı Fironun yuxusunda gördüyü 14 inək, (7 arıq və 7 kök inək) 1 və 14 il içində real oldu. Həmin dövrdə 7 il qıtlıq və aclıq, 7 il də bərəkət yaşanmışdı.

  • Yuxularımız xəbərdarlıqdırsa, nə etməliyik?
  • Yuxularımız neçə günə real olur?

Bu dəfə Bizimyol.info saytı olaraq sizə yuxuların görüldüyü tarixə uyğun olaraq reallaşması ilə bağlı məlumat verəcəyik. Çox zaman deyirlər ki, səhər yuxuları çin olur. Bu həqiqətənmi belədir?

Mütəxəssislərin fikrincə;

  • Səhər saat 4-5 arası görülən yuxular 3 gün və ya 2 ay ərzində çin olur.
  • Günorta saat 10-11 arasında görülən yuxunun real olma müddəti isə, 15-30 gündür.
  • Günorta saat 12 və ya gecə yarı görülən yuxular isə, eyni gün real olar. Yuxudan ayıldıqda saat 12.03 və 08:00-dirsə, yuxularınız 3 günə çin olacaq.
  • Günortadan sonra saat 3-4 radələrində görülən yuxular 1-2 günə reallaşar.
  • Gün batarkən görülən yuxular heç bir zaman həyata keçməz. Bu səbbədən də çox zaman deyirlər ki, gün arxasınca yatmaq olmaz. Bu saatlarda görülən yuxular qarmaşıq yuxulardır. Bu yuxuların yozumu da yoxdur.
  • Ayın ilk günü görülən yuxular doğru yuxulardır.
  • 2-ci günü görülən yuxular doğru və təsirli yuxulardır.
  • 3-cü günü görülən yuxu təsirini tez göstərir.
  • Ayın 4 və 5-ci günü görülən yuxular sonra təsirini göstərir.
  • 6,7,8 və 9-cu günü görülən yuxular da bir il sonra reallaşar.
  • Ayın 10-cu, 25 və 26-cı günü görülən yuxular yalan yuxulardır, heç vaxt həyata keçməz.
  • Ayın 11 və 12-ci günü görülən yuxuların yozumu bir il içində baş tutar.
  • Ayın 14-cü günü görülən yuxu orta yuxulardır, yozumu nə pisdir, nə yaxşı.
  • Ayın 15-ci günü görülən yuxusunun təsiri tez olar.
  • 16 və 17-ci gün yuxuları bir müddət keçdikdən sonra təsirini göstərir.
  • 18 və 19-cu gün görülən yuxular çox təsirlidir. Uzun müddət sizi təsirindən buraxmaz.
  • Ayın 20 və 21-də görülən yuxular da çaşdırıcı yuxulardır, yozumuna inanmayın. Reallaşacağını düşünməyin.
  • 22-ci gün görülən yuxu həmin gün təsirini göstərər.
  • Ayın 23, 24, 27 və 28-də görülən yuxular pis təsirli yuxulardır və faydaları olmaz.
  • Ayın 29 və 30-da görülən yuxu gözəl, doğru və təsirlidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »