Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məktəblərdə Cənubi Koreya və Çin təcrübəsi daha əlverişli olar”
"Məktəblərdə Cənubi Koreya və Çin təcrübəsi daha əlverişli olar”

İsveçrəli araşdırmaçı alimlər bu qənaətə gəliblər ki, məktəbdə dərslərin daha gec başlaması şagirdlər üçün yaxşı amildir. Onların fikrincə, daha yaxşı olar ki, bu vaxt hətta səhər saat 10-11-dən tez olmasın. Bu, şagirdlərin, əsasən də yeniyetmələrin əhvalına və qavrama dərəcəsinə müsbət təsir edər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov məsələ ilə bağlı fikirlərini Bizimyol.info-ya bildirən zaman qeyd edib ki, bu istiqamətdə fərqli yanaşmalar, baxışlar var. Amma ki, böyük əksəriyyət ölkələrdə dərslərin səhər başlaması faktoru var bu təsadüfi deyil.

İlqar Orucov İlqar Orucov

“Ciddi araşdırmaların nəticəsində dünya ölkələri bu qənaətə gəliblər. Dərslərin gec başlamasının şagirdlər üçün daha münasib olması, hətta səhər saat 10-11-dən tez olmaması ilə bağlı məlumatların nə dərəcədə effekli, nə dərəcədə buna keçid etməyin mümkün olması xeyli araşdırmalar tələb edir”.

Təhsil eksperti bəzi məktəblərdəki iki növbəli dərs sisteminə də toxunub və bildirib ki, müşahidələr onu göstərir ki, səhər növbəsini şagird və tələbələr daha çox arzulayır. “Çünki şagird səhər dərsə getdikdə evə gəldikdən sonra dərsləri ilə məşğul ola bilir, digər işlərini planlaşdırmaq da daha rahat olur.  İki növbəli sistem isə məktəblərdə heyət, sinif çatızmazlığından irəli gəlir. Ali məktəblərdə auditoriya çatışmazlığından irəli gələn məsələdir. Birmənalı olaraq, bir növbəli məktəblərin olması daha effektlidir.

Xarici ölkələrdə müxtəlif təcrübələr var. Tutaq ki, Cənubi Koreya, Çin təcrübəsində uşaq günün bütün hissəsini məktəbdə keçirir. Burda həm də onun tərbiyəsi, təlim, fərqli dərnəklər, məşğuliyyətlər keçilir. Bu daha effektlidir. Düşünürəm ki, gələcəkdə məktəblər bu cür fəaliyyət göstərsə, daha əlverişli olar”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »