Qarabağda müharibə zamanı itkin düşən və ya ölmüş 16 erməni hərbçinin ailələri təzminat almayıb.
Bizimyol.info "sputnik armeniya"ya istinadən xəbər verir ki, bunu Erənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasında “Mülki müqavilə” fraksiyasından olan deputat Hayk Sarkisyan deyib.
Sarkisyanın qeyd etdiyi kimi, qanunvericiliyə görə, onların ya həyat yoldaşı, ya uşaqları, ya da valideynləri kompensasiya ala bilər.
Sarkisyan valideynləri, həyat yoldaşı, övladı olmayan hərbçilərin bacı və qardaşlarını kompensasiya alanlar sırasına daxil etmək üçün qanuna dəyişiklik etməyi təklif edib: "Məndə 18 yaşında itkin düşmüş və ya ölmüş əsgərlərin siyahısı var. 16 işin hamısında vəziyyət eynidir".
Xatırladaq ki, Ermənistan qanunlarına görə, ölənlərin yaxınlarına birdəfəlik yardım olaraq 10 milyon dram (təxminən 20 min dollar) və hər ay 200-300 min dram (təxminən 400-600 dollar) (mərhumun rütbəsindən asılı olaraq) pul verilir.
Bizimyol.info