CES 2022-də eynək texnologiyası firması “InWith Corporation” ilk ağıllı, yumşaq kontakt linzasını təqdim edib.
Bizimyol.info xəbər verir ki, yumşaq, hidrogel kontakt linzaları böyük qulaqcıqlara və hətta smartfonlara ehtiyacı aradan qaldıracaq.
Şirkətin baş direktoru Michael Hayes açıqlaması zamanı bildirib ki, kontakt linzaları istifadəçiyə getdikləri yolun sürət həddini və ya növbəti çıxışın harada olduğunu bildirə biləcək.
Bundan əlavə olaraq, Michael Hayes bildirib ki, yaşla əlaqədar yaxından görmə problemi olanlar oxu eynəklərinə ehtiyac duymayacaq və görmə qabiliyyətini avtomatik tənzimləmək üçün linzalardan istifadə edə biləcəklər.
Leyla, Bizimyol.info