Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orta məktəblərdə xarici dil: “Müəllim peşəkarlığı, kadr hazırlığı bərbad vəziyyətdədir”
Orta məktəblərdə xarici dil: “Müəllim peşəkarlığı, kadr hazırlığı bərbad vəziyyətdədir”

Ümumtəhil orta məktəblərində xarici dillər tədris edilir. Lakin maraqlısı ondadır ki, vətəndaşların xeyli hissəsi xarici dil öyrənmək, həmin dildə sərbəst danışmaq üçün kurslara üz tutmalı olurlar.

Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, vətəndaşların dil öyrənmək üçün kurslara üz tutmasının əsas səbəbi odur ki, məktəblərdə və universitetlərdə bu fənni tədris edən müəllimlərin özü heç o dildə ünsiyyət saxlamağı bacarmır:

Elşən Qafarov Elşən Qafarov

İstər təhsil qanunda, istərsə də ümumtəhsil haqqında qanunda, hətta ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirənlər ən azı bir və yaxud bir neçə dildə sərbəst ünsiyyət qurmalıdırlar.

Ölkədə ümumtəhsildə çalışan 152 min müəllimin təqribən 30 mini xarici dil müəllimləridir. Gəlin baxaq görək, bu 30 min xarici dil müəlliminin heç olmasa 300 nəfəri tədris etdiyi dildə ünsiyyət saxlaya bilirmi? Xeyr, saxlaya bilmir. Bu gün xarici dil müəllimləri Pedoqoji, Slavyan, Xarici dillər universitetində hazırlanır. İnanın oranın məzunları 4 il təhsil alıb bitirdikdən sonra belə təhsil aldıqları ixtisas üzrə ünsiyyət saxlamağı bacarmırlar. Belə olan halda şagird necə xarici dildə ünsiyyət saxlaya bilər ki, ona bu fənni tədris edən müəllim özü heç o dildə ünsiyyət saxlamağı bacarmır.

Təsəvvür edin ki, ali məktəbə qəbulla bağlı olaraq, repititor kimi orta məktəblərdə çalışan xarici dil müəllimləri məşğul olurlar. Amma onların da dil, danışma peşakarlığı, bacarığı yoxdur. Ona görə də insanlar xarici dil kurslarında üz tutmağa məcbur olurlar. Bu kurslar da kifəyət qədər bahalıdır. Halbuki bu xarici dildə ünsiyyət saxlamaq, dil öyrənmək bacarığı, qabiliyyəti məktəbdə formalaşmalıdır.

Bu böyük problemdir. Bu sahədə müəllim peşəkarlığı, kadr hazırlığı bərbad vəziyyətdədir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »