Bakının Səbail rayonu ərazisində məktəbli gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə Cəmil Həsənov xəsarət alıb.
Bizimyol.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, kəskin qan itirmədən vəziyyəti ağırlaşan 17 yaşlı C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilərən həyatı xilas edilib.
Fakt üzrə Səbail RPİ-də cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
C. Həsənova xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.