Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya 200 milyon dollarlıq yardımı sakitcə təsdiqləyib
ABŞ Ukraynaya 200 milyon dollarlıq yardımı sakitcə təsdiqləyib

2021-ci ilin dekabrında ABŞ administrasiyası Ukraynaya əlavə 200 milyon dollarlıq hərbi yardımı təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN müxbiri Kayli Atvud "Twitter"də məlumat verib. Onun sözlərinə görə, bu məlumatı ona dörd mənbə təsdiqləyib.

"Bayden administrasiyası dekabrın sonunda Ukraynaya əlavə 200 milyon dollarlıq yardıma səssizcə icazə verib", -deyə o qeyd edib.

Qərar Ukrayna sərhədləri boyunca rus qoşunlarının cəmləşməsi fonunda qəbul edilib.

Xatırladaq ki, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kuin ABŞ-ın Rusiya Federasiyasının aqressivliyinin artacağı təqdirdə Ukraynaya daha çox hərbi texnika və silah veriləcəyini bildirib. Onun sözlərinə görə, 2021-ci ildə ABŞ Ukraynaya 450 milyon dollar dəyərində təhlükəsizlik yardımı edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »