Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM: İnformatika fənni üzrə qəbul imtahanlarının modeli hazırlanıb
DİM: İnformatika fənni üzrə qəbul imtahanlarının modeli hazırlanıb

10 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, gündəlikdə olan məsələ informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub.

Öncə DİM-in şöbə müdiri Afiqə Batıyeva iclasın gündəlik məsələsi barədə ətraflı məlumat verib. Artıq informatika fənnindən qəbul imtahanı proqramının DİM-in rəsmi internet saytında yerləşdirildiyini və təqdim olunan imtahan modelinin bu proqrama uyğun hazırlandığını iştirakçıların diqqətinə çatdırıb.

Sonra İsmayıl Sadıqov imtahan modelini iştirakçılara təqdim edərək, modeldə alqoritimləşdirmə, proqramlaşdırma və məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verildiyini qeyd edib.

Müzakirədə Osman Gündüz, Fikrət İbiyev, Zaur Hacıyev, Qabil Əliyev, Anar Rəşidov fikir bildirib, təkliflər veriblər. Qeyd olunan fikir və təkliflər modeldə nəzərə alınıb.

Beləliklə, imtahan modelinin müzakirəsi başa çatıb.

İmtahan modeli yaxın günlərdə DİM-in rəsmi internet saytında yerləşdiriləcək.

İşçi qrupunun növbəti iclası 17 yanvar 2022-ci il tarixində olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »