Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin qızı Qazaxıstandan milyonlar çıxarıb, özünə imarət və təyyarə alıb
Nazarbayevin qızı Qazaxıstandan milyonlar çıxarıb, özünə imarət və təyyarə alıb

Qazaxıstanın Təhlükəsizlik Şurasında işinə son verilən Nursultan Nazarbayevin taleyi məlum deyil. Onun komaya düşməsi və ya həyatını itirməsi mümkündür. Çünki Nazarbayevdən heç bir xəbər yoxdur. Qərb mətbuatı Qazaxıstanın ilk prezidentinin qızı Aliyə Nazarbayevanın ölkədən milyonlar çıxardığını yazır.

Bizimyol.info xəbər verir ki, Nazarbayevin qızının böyük pullar sayəsində Londonda özünə imarət, Dubayda ev, şəxsi təyyarə və İsveçrə banklarından birinin səhmlərini aldığı bildirilir. Aliyə Nazarbayevanın təkcə Böyük Britaniya paytaxtındakı bağ evinə 8.7 milyon funt sterlinq (11.8 milyon dollar) xərclədiyi qeyd olunur.

Qərb jurnalistləri bütün bunları havadan yazmır. Ortada sənədlər var. Aliyə Nazarbayeva London Ali Məhkəməsində iki maliyyə məsləhətçisinə qarşı iddia qaldırıb. Qadın onları dələduzluqda ittiham edir. Nazarbayeva hesab edir ki, məsləhətçilər onun pullarını mənimsəyib. Buradan məlum olur ki, onlar Təhlükəsizlik Şurasının sədrinin qızına 312 milyon dolları ölkədə saxlamamağı məsləhət görüblər.

Aliyə Nazarbayeva hələ 2006-cı ildə Qazaxıstanın bəzi şirkətlərinin səhmlərini sataraq 325 milyon dollar əldə edib. Sənədlər göstərir ki, o, vəsaiti Lixtenşteynə və Vircin adalarına göndərib. Məsləhətçilərin tövsiyəsi ilə İsveçrənin CBH bankının səhmlərinin 51 faizi alınıb. Nazarbayeva sonra Londonun şimalındakı Haygeytdə imarət alıb ki, ona Böyük Britaniyada yaşamaq hüququ verilsin. “Challenger Bombardier” təyyarəsinə 25, Dubaydakı evə isə 14 milyon dollar xərclənib.

Aliyə Nursultan Nazarbayevanın üç qızı arasında ən kiçiyidir. 1998-2001-ci illərdə Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayevin oğlu Aydarla evli olub. Aliyə Nazarbayeva sonradan daha iki dəfə ərə gedib. O, Qazaxıstanda xeyli şirkətin sahibi kimi tanınıb. Kino sənayesinə böyük yatırım edib. “Tomiris” filminin prodüseri olub.

Qazaxıstanda etiraz aksiyaları başlayanda onun atası ilə birlikdə ölkəni tərk etdiyi bildirilirdi. Politoloq Arkadi Dubnov indi onların Çində olduğunu iddia edir.

Aytən, Bizimyol.info

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »