Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev KTMT-nin Qazaxıstandakı missiyasının başa çatdığını bildirib
Tokayev KTMT-nin Qazaxıstandakı missiyasının başa çatdığını bildirib

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) respublikada sülhməramlı missiyasının başa çatdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

“İki gündən sonra (yanvarın 13-ü) KTMT sülhməramlı qüvvələrin ölkədən çıxarılmasına başlanılacaq”, - deyə dövlət başçısı bildirib.

Qeyd olunur ki, KTMT sülhməramlı qüvvələrinin çıxarılması 10 gündən gec olmayacaq.

Eyni zamanda, Qazaxıstanda Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələrinin kəmiyyət tərkibi artırılacaq. Tokayev bu barədə ölkənin Milli Məclisində (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib.

Prezident Qazaxıstan baş nazirinin keçmiş birinci müavini Əlixan Smailovu respublikanın yeni baş naziri təyin edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »