Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə Məclisinə (parlamentin aşağı palatası) Əlixan Smailovun baş nazir postuna namizədliyini təklif edib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Bildirilir ki, dövlət başçısı bu gün Məclisdə çıxışı zamanı Smailovun namizədliyinə baxılmasını təklif edib.
Parlament yekdilliklə Əlixan Smaylovu Qazaxıstanın baş naziri vəzifəsinə təsdiqləyib.
Qeyd edək ki, yanvarın 5-də ölkədəki etirazlar və iğtişaşlar fonunda keçmiş baş nazir Askar Mamin və hökuməti istefa verib. Baş nazirin səlahiyyətlərini Smailov icra edib.
Bizimyol.info