Yanvarın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Məclisdə (parlamentin aşağı palatası) çıxış edəcək və ölkənin yeni baş nazirinin namizədliyini təqdim edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.
“Bu gün yerli vaxtla saat 11:15-də dövlət başçısı Qasım-Comart Tokayev parlamentin iclasında iştirak edəcək və burada yeni baş nazirin namizədliyini təqdim edəcək. Ölkə başçısı siyasi, sosial-iqtisadi sahədə aktual məsələlər barədə danışacaq. İclasın canlı yayımı “Xəbər-24” telekanalında nümayiş olunacaq”, - deyə Uali "Facebook" səhifəsində yazıb.
Yanvarın 5-də artan etirazlar fonunda Tokayev Askar Mamin başçılıq etdiyi keçmiş hökumətin istefasını qəbul edib. O vaxtdan nazirlər yeni Nazirlər Kabineti təyin olunana qədər fəaliyyət göstərən statusunda işləməyə davam ediblər.
Bizimyol.info