Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumat verən V.Səfərlinin vəkili Hikmət Əliyev apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyini bildirib.
O bildirib ki, V.Səfərlinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.