Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güneyli ozan Tohid Novruzi Eskişehirdə anılıb
Güneyli ozan Tohid Novruzi Eskişehirdə anılıb

Eskişehir Azərbaycanlılar Dərnəyi və “Barama Production”un təşkilatçılığı ilə "Güney azərbaycanlı dəyərli sənətkar Tohid Novruzini anım proqramı" təşkil edilib.

Bizimyol.info xəbər verir ki, proqramda Tohid Novruzinin həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib. Daha sonra Güney azərbaycanlı şair, “Barama Production”un idarəçisi Azeryar Danişver çox yaxından tanıdığı sənətçi dostu Tohid Novruzi haqqında duyğu və düşüncələrini bölüşüb.

Proqram çərçivəsində Güney Azərbaycanda el adəti olan şam yandırma mərasimi keçirilib, mərhumun ruhuna dualar oxunub. Ozan Tohid Novruzinin vəsiyyətinə uyğun olaraq sənətçilər Hakan Şahan və Ozan Yanar Sönməzin türkülər ifa ediblər.

Tədbirdə iştirak edən sənətçilərə, əməyi keçənlərə və aparıcıya təşəkkürnamə təqdim olunub. Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyinin başqanı Cavid Aydının yekun nitqi ilə başa çatıb.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »