Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin harada olduğu bilinmir: Kreml suallardan yayınır
Nazarbayevin harada olduğu bilinmir: Kreml suallardan yayınır

Qazaxıstan prezidenti Jomart-Kasım Tokayev Rusiyadan, Ermənistandan, Belarusdan sülhməramlı adı ilə gəlmiş hərbçilərin sayəsində etirazçılara divan tutur. Həbs olunanların sayı 8 mini keçib.

Yüzlərlə həyatını itirən olduğu iddia edilir. Qazaxıstan hakimiyyəti məlumatları mümkün qədər gizli saxlayır. Hətta uzun illər ölkəyə rəhbərlik etmiş, son günlərə qədər Təhlükəsizlik Şurasının sədri vəzifəsinin daşıyan Nursultan Nazarbayevin harada olması da deyilmir.

Bizimyol.info xəbər verir ki, keçmiş rəhbərin yeri barədə rəsmi məlumat verilmir. Əvvəlcə onun qızları ilə ölkəni tərk etdiyi bildirilirdi. Xəbərlərin arasında Nazarbayevin ailəsi ilə Dubaya getməsi yer alırdı. Sonra Çinin kurort zonalarından birinin adı çəkildi. Nazarbayevin hətta ölməsi xəbəri də çox yayılıb.

Şübhələr çoxdur. Çünki Nazarbayev ortada görünmür. Onun guya Belarus prezidenti Aleksadnr Lukaşenko ilə telefonla danışması deyilir. Üstəlik, Qazaxıstan hakimiyyətinə yaxın mənbələr Nazrabayevin etirazçılara müraciətini yaymışdı. Burada qanunlara hörmət etmək istənilirdi.

Hər şey çox şübhəli görünür. Nazarbayev sağdırsa, onun bir neçə dəqiqəlik videomüraciətini yaymaq çətin olmamalıdır. Sağdır və danışmırsa, onda bu çox qəribə məsələdir. Çünki etirazçılar şüarlar səsləndirəndə onun adını çox çəkirdi. Nazarbayevin siyasətdən getməsini tələb edirdilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ordusu Qazaxıstana ayaq basanda Təhlükəsizlik Şurasının rəhbərinin vəzifədə olan qardaşı oğlu Samat Abişin həbs xəbəri çıxmışdı. İndi Rusiya saytları yazır ki, Abiş Milli Təhlükəsizlik Komitəsində işinin başındadır. Yalnız keçmiş rəhbərin qardaşı Bolat Nazarbayevin Qazaxıstanı tərk etmədiyi dəqiqdir.

Rusiya prezidenti Vladimir Putin Nursultan Nazarbayevin adını çəkmir. Onunla danışıb-danışmaması açıqlanmır. Kremlin sözçüsü Dmitri Peskov da mətbuat konfransında bu barədə sualdan yan keçib. O, Putinin mövqeyini, fikrini açıqlamaq istəməyib. Nazarbayevin harada olması barədə sual da havada qalıb.

Təhlükəsizlik Şurasının keçmiş rəhbərinin kölgəyə çəkilməsi, ondan heç bir xəbər çıxmaması müəmmalıdır. Tezliklə onun həyatda olmaması xəbəri verilsə, təəccüblənməyə dəyməz. Bəlkə də, Nazarbayevin ortada olmaması etirazları alovlandırıb. Zaman bu məsələyə aydınlıq gətirəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »