Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belçikada peyvənd olunanlar üçün karantin qısaldılıb
Belçikada peyvənd olunanlar üçün karantin qısaldılıb

Yanvarın 4-də Belçikanın federal və regional Səhiyyə Nazirlikləri tərəfindən qəbul edilmiş yeni karantin və sınaq qaydaları bu gün qüvvəyə minib.

Bizimyol.info xəbər verir ki, yumşaldılmış yeni qaydalara əsasən, tam peyvənd olunmuş və covidə yoluxmuş insanlarla yaxın təmasda olan insanlar üçün karantin, test tələbi qaldırılıb. Covid-19 testi müsbət çıxan peyvənd edilmiş şəxslərin karantin müddəti isə 10 gündən 7 günə endirilib. Lakin 4 gündən sonra etdikləri Covid-19 testi mənfi olarsa, karantin vəziyyəti sona çatacaq.

Peyvənd olunmamış şəxslər üçün isə qaydalar dəyişməyib. Peyvənd olunmamış və covidə yoluxmuş şəxslər 10 gün karantində qalmalı olacaq. Lakin bu şəxslər də 7 gündən sonra test verərsə və nəticə mənfi çıxarsa, bu zaman onların karantin müddəti başa çatacaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »