Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya Ukraynaya silah tədarükü siyasətinin dəyişməyib
Almaniya Ukraynaya silah tədarükü siyasətinin dəyişməyib

Almaniya hökuməti hələ də Ukraynadakı münaqişənin yalnız siyasi yolla həll oluna biləcəyinə inanır.

Bizimyol.info xəbər verir ki, bunu Almaniya Federativ Respublikası Nazirlər Kabinetinin mətbuat katibinin müavini Kristian Hofman deyib.

Ukraynanın Berlindəki səfiri Andriy Melnyk “Funke” media qrupuna müsahibəsində Berlini müdafiə ixracı ilə bağlı mövcud siyasətdən əl çəkməyə və Ukraynaya müdafiə silahları tədarük etməyə çağırıb. "Əks halda ikitərəfli münasibətlər üçün nəticələrfərqli ola bilər", deyə Melnyk qeyd edib.

"Bir daha qeyd edə bilərəm ki, federal hökumət oradakı münaqişənin hərbi yolla deyil, yalnız siyasi və diplomatik yolla həll oluna biləcəyi qənaətindədir. Eyni zamanda, federal hökumət Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin tərəfdarıdır", -  deyə Hoffman brifinqdə Millerin sözlərini şərh edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »