Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər

Sevgi hər kəsin həyatını rəngləndirən bir ehtiyacdır. İnsan sevdiyi zaman sıxıntılarından, narahatlıqlarından uzaqlaşır. Bürclər münasibətlərini fərqli yaşasa da, ortaq tərəfləri sevgidən hiss etdikləri sərxoşedici həzzdir. Sevdiklərindən bəzi sözləri eşitmək isə onları daha çılğın aşiqə çevirə bilər.

Bizimyol.info işin sirrini açıqlayır: "Sevgilinizi özünüzə daha çox bağlamaq üçün tərifləyin"

Qoç bürcü

Münasibətlərində Qoç hər zaman qoruyucu tərəfdir. Sevdiklərinin hər mənada arxasında durar, onları dəstəkləyərlər. Böhran zamanı idarəetməni əllərinə də almağı bacarırlar. Bu xüsusiyyət, Qoçlara xarizma və cazibə qatır. Qoç bürcləri cəsarətlərinin dilə gətirilməsini sevirlər. Ona görə ara-sıra sevgilinizə “Çox cəsarətlisən, mənə güvən verirsən. Mənim qəhrəmanım sənsən” - deyə pıçıldayın.

Buğa bürcü

Dünya yansa, Buğa üçün əhəmiyyəti olmaz. Böhran anlarında belə, son dərəcə soyuqqanlı davrana bilirlər. Münasibətlərdə də güclü xarakterlərini göstərə bilirlər. Acılar, əziyyətlər Buğaların marağında olmaz. Bu xarakterləri ilə bağlı təriflənməyi sevərlər. Ona görə də Buğa sevgilinizə tez-tez “Tanıdığım ən güclü xarakterli insansan. Sən nə qədər də güclüsən sevgilim” deyin. Bu sözlər onların ürəyini əsdirib, sizə daha çox bağlayacaq.

Əkizlər bürcü

Zodiakın ən ağıllı bürcü, Əkizlərdir. Əkizləri cazibəli edən, onların ağıllı olmasıdır. Bütün problemlərdən dərhal çıxış yolu tapa bilirlər. Sevgililərini bir qədər sözləri, bir qədər də ağılları ilə özlərinə bağlayarlar. Sevgilinizin gözündə daha şirin görünmək üçün ona ara-sıra “ağlına heyranam, bacarmadığın iş yoxdur. Nə yaxşı ki, sən mənimsən” deyin.

Xərçəng bürcü

Xərçəng bürcü sevgi insanıdır və münasibətlərini çox ciddiyə alarlar. Sevgililərinə keçici, müvəqqəti bir varlıq kimi baxmazlar. Qısa bir müddətdə özünü sevgiyə qapdırıb, ailə xəyalı qurarlar. Xərçənglər ailə həyatında uşağın dünyaya gəlməsini çox arzulayarlar. Buna görə də “səndən bir övladım olsun” cümləsi qədər heç bir cümlə Xərçəngi sevindirə bilməz.

Şir bürcü

Özünü hər zaman seçilmiş, üstün olaraq görər Şir bürcü. Digər tərəfdən ulduz olmaq, tanınmaq xəyalları qurarlar. Sevgidə ərköyünləşməyə üstünlük verərlər. Onlara xüsusi hiss etdirən bir sevgili ilə xoşbəxt ola bilərlər. Mümkünsə, tanınmışlardan daha dəyərli olduğunu deyin Şirə. Məsələn, “səni dünya ulduzlarına da dəyişmərəm” deyin…

Qız bürcü Romantik bir sevgili olmasalar da, sevdikləri üçün hər şey edər Qızlar. Mükəmməl olmağa çalışan Qızların bu xarakteri, partnyorlarının gözündən qaçmır. Buna görə də Qızlara hər zaman “Necə bu qədər mükəmməl ola bilirsən” deyin. Bu söz onları sakitləşdirəcək.

Tərəzi bürcü

Xarici görkəmlərinə hər zaman fikir verər, Tərəzilər. Yolda gəzən zaman hər kəs ona heyranlıqla baxmalıdır. Əks təqdirdə, canları sıxılar. Bu xarakterləri, münasibətlərinə də təsir edir.

Kaprizli sevgili olmasalar da, bir sıra gözləntiləri ola bilər. Xarici görkəmləri ilə bağlı təriflər eşitmək istəyərlər. Məsələn, ona deyin: “Kimsəni görmədim mən, səndən daha gözəl”…

Əqrəb bürcü

Cazibəli Əqrəblər seksual davranışları ilə partnyorlarını özlərinə bağlayarlar. Bu bürc həyatınızdan çıxsa da, ağlınızdan çıxmaz. Onlar da cazibəli və ehtiraslı sevgili olduqlarının fərqindədirlər. Cinsi həyatda fantaziyaları böyükdür Əqrəblərin. Onların seks potensialı heç kimə bənzəmir. Ona “çox seksual görünürsən, sənin üçün ürəyim gedir” deyin…

Oxatan bürcü

Əyləncəli Oxatanlar sevgililəri ilə dost da olmağı bacarırlar. Onlarla birlikdə darıxmaq mümkün deyil. Ən neqativ insanların belə keyiflərini yüksəldə bilirlər. Ona “məni həyata bağlayırsan, çox əyləncəli birisən” deyin…

Oğlaq bürcü

Oğlaqlar sevgidə çox seçicidir. Həyatına girəcək şəxs, status sahibi olmalıdır. Ağır təbiətə və maddiyyata üstünlük verər, Oğlaqlar.

Sevgili seçimində prinsip sahibidirlər. Ona “gözlədiyim doğru insan sən imişsən, sevgilim” desəniz özünü xüsusi hiss edər.

Dolça bürcü

Aurası ilə özünü hiss etdirən Dolçaların xarakteri onlara cazibə verir. Qaçan qovalanır misalı var. Amma Dolça heç vaxt qovalayan şəxs olmur. Ayrılıq və qırılqanlıq zamanı isə, hər zaman barışma istəyini Dolçalar edər. Sevgi həyatlarında Dolçaya “Necə bu qədər soyuqqanlı və çəkici ola bilirsən” deyin..

Balıq bürcü

Xəyallar ölkəsinin adamıdır, Balıq. Münasibətlərində fədakarlıq onlara düşər. Şəfqətləri ilə qarşı tərəfi ərköyünləşdirərlər. Sevdiklərinə qarşı son dərəcə əliaçıq davransalar da heç bir gözləntiləri olmur. Sadəcə eyni diqqəti görmək istəyərlər. Şəxsi mənfəətlərini bir tərəfə buraxıb, səmimi və şəffaf bir ruha bürünər aşiq olduğu zaman. Balığa “oxuduğum ən gözəl şeir sənsən” deyin. Ayaqları yerdən üzüləcək.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »