Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Azərbaycana qarşı ədəbsizliyi davam edir: "Laçın dəhlizi nəzarətə götürülməlidir"
Rusiyanın Azərbaycana qarşı ədəbsizliyi davam edir: "Laçın dəhlizi nəzarətə götürülməlidir"

Azərbaycan prezidenti İlham Əliyev hakim “Vahid Rusiya” partiyasının üzvü Vitali Milonovun Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiyanın keçmiş prezidenti və "Vahid Rusiya" Partiyasının sədri Dmitri Medvedevə etiraz məktubu göndərib və qəti şəkildə bildirib ki, bu təxribatların qarşısı alınmalıdır.

Ölkə başçısının bu fikrinə münasibətini açıqlayan siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Bizimyol.info saytına bildirdi ki, bu məktubdan sonra Milanov yenidən Qarabağa səfər edərsə, bu o deməkdir ki, Azərbaycan Prezidentinin etirazı diqqətə alınmayıb: “Əgər D.Medvedev belə səfərləri dayandırması üçün Mironova xəbərdarlıq etsə və əks təqdirdə ona qarşı tədbirləri görüləcəyi bildirərsə, inanıram ki, Mironov deputat mandatını itirməmək üçün bir daha Qarabağa icazəsiz gəlməyəcək. Əgər o, Azərbaycan qanunlarını yenidən pozacaqsa, aydın olacaq ki, partiyada ona qarşı heç bir tədbir görülməyib. Əgər belə səfərlərin qarşısı alınmasa və heç bir tədbir görülməsə, o zaman ikitərəfli münasibətlərə mənfi təsir edə bilər”.

  • Bəs bu dəfəki səfər, yəni Vahid Rusiya Partiyasının nümayəndəsinin Qarabağa səfərinin əsas səbəbi nə ilə bağlıdır?

Belə səfərlərin və təxribatların yaxın gələcəkdə də baş vermə ehtimalının yüksək olduğunu deyə həmsöhbətimizin sözlərinə görə, belə səfərlərin qarşısının alınması üçün yalnız bir yol var: “Bu da Laçın istiqamətində sərhədin Azərbaycan tərəfindən nəzarətə götürülməsidir. Əgər nəzarət artırılmasa, bura Fransadan da, Rusiyadan da, hətta İrandan və digər ölkələrdən də hələnlər olacaq. Biz də hər dəfə belə problemlərlə üz-üzə qalacağıq”.

Politoloq, ərazilərimizə qanunsuz səfərlər edən xarici ölkə vətənaşlarına qarşı bir sıra tədbirlərin görüldüyünü də açıqladı: “Əlbəttə ki, tədbirlər görülür. Onlar əsasən qara siyahıya salınır, bəziləri barəsində isə beynəlxalq axtarış elan edilir. Ancaq məsələ burasindadır ki, onlar ərazilərimizdən qaçıb gedirlər. Azərbaycanın onlara əli çatmır. Təəssüf ki, belələrinin sayı da gün keçdikcə, dayanmadan artır. Əgər sərhəd Laçın istiqamətində tam nəzarətə götürülsə, heç bir xarici vətəndaş bura gələ bilməyəcək. Dövlətimizin başçısı da bəyan edib ki, əgər Zəngəzurda bizə şəraut yaratmasalar və dəhlizdən istifadəyə icazə verməsələr, Laçın tam nəzarətə götürüləcək. Düşünürəm ki, cari ildə bu məsələ qəti şəkildə həllini tapmalıdır”.

Ekspert əlavə edib ki, bu səfərlərdən başqa bilmədiyimiz məsələlər də var. Ola bilsin ki, gizli şəkildə silah-sursat, narkotik maddələr keçirilə bilər. Hətta cinayətkar qruplaşmalar da sərhəddən keçə bilər. Bu ehtimal da çox yüksəkdir.

  • Sizcə, Rusiya deputatının Qarabağa qanunsuz səfərindən sonra Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəkmi?

Rusiya hərbçilərinin Qarabağdakı fəaliyyəti cəmiyyətimizdə ciddi narazılıq yaratdığını deyən E.Şahinoğlu bildirdi ki, bununla bağlı çoxlu suallar yaranıb: “İsgəndər raketi ilə bağlı suallar hələ də cavablandırılmayıb. Bu amillərin özü belə Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edir”.

Rövşən Ziya, Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »