Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təmir-tikinti işləri aparanda bəzi qaydalara əməl edin ki, aldadılmayasınız
Təmir-tikinti işləri aparanda bəzi qaydalara əməl edin ki, aldadılmayasınız

Yəqin ki, siz də televiziya, sayt və yollarda quraşdırılan plakatlardakı reklamlarda kreditlə ev təmiri aparan şirkətlər barədə məlumatlarla rastlaşmısınız. Hətta son illərdə bu cür təmir-tikinti şirkətlərindən istifadə edən, məzilinin təmirini məhz bu şirkətlərə əmanət edən vətəndaşların sayı da az deyil.

Bu şirkətlərin gördüyü işlərdən razı qalıb-qalmamaqla bağlı fikirlər isə müxtəlifdir. Kimisi seçimindən məmnun olduğunu, kimisi isə bu şirkətlərin müəyyən problemlər yaratdığını, keyfiyyətsiz tikinti materiallarından istifadə etdiyini iddia edir.

Bəs əmlak ekspertləri hansı fikirədir? Bu şirkətlər tərəfindən aparılan təmirləri qənaətbəxş hesab edirlərmi?

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak eksperti Elnur Fərzəliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, burada razılaşmalar fərqlidir. Onun sözlərinə görə, bəzən olur ki, təmir şirkəti sadəcə ustalara nəzarət edib, usta pulunu alır. Bu zaman tikinti materiallarını ev sahibi özü alır. Bəzilərində isə müqavilə bağlanılır və həmin müqaviləyə əsasən bütün tikinti metarillarından tutmuş, təmirə qədər onların öhdəliyinə verilir. Həmin şirkət mənzili tam hazır formada sahibinə təslim edir.

“Burada hər bir şey mənzil sahibinin istəyindən asılıdır. Mənzil sahibi ən azından təmir zamanı mütəmadi baxış keçirməli, hansı materialın haradan alınması ilə bağlı qaimələri tələb etməlidir, keyfiyyətini yoxlamalıdır, araşdırma aparmalıdır. Hər şeyin qənaətbəxş olub-olmaması qarşılıqlı razılaşmadan asılıdır. Bu razılaşmaya əsasən bilinir ki, sifarişçi və icraçının hansı hansı öhtəlikləri var.

Bəzi təmir şirkətləri var ki, vətəndaşdan pulu alıb təmiri yarımçıq qoyur, keyfiyyətli materaillarla təmir edəcəyini vəd edir, lakin keyfiyyətsiz materiallarla təmir edir və s. Burada seçim vətəndaşın özündən asılıdır və vətəndaş öz işinə hansısa formada nəzarət etməlidir”.

Ekspert sonda qeyd edib ki, problemlə qarşılaşmamaq üçün hər bir şey müqavilə əsasında aparılmalı, hansı materiallardan istifadə olunacağı ilə bağlı qeydlər olmalıdır.

“Məhsulların isə sertifikatının olması yaxşıdır ki, sabah təmirdən sonra mənzildə hansısa nöqsan baş verərsə, vətəndaş müqaviləyə əsasən təmir edən şirkəti məhkəməyə verərək öz haqqını tələb edə bilsin”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »