Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qohumların narkoticarət şəbəkəsi aşkarlanıb
Qohumların narkoticarət şəbəkəsi aşkarlanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə və 2 ədəd qanunsuz odlu silah aşkarlanaraq götürülüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat –axtarış tədbirləri nəticəsində Astara rayon sakinləri Cahid Hacıağazadə və qohumu Ramal Həmdəmov saxlanılıblar. Keçirilən baxış zamanı C.Hacıağazadənin əlindəki torbadan 7 kiloqram 460 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı C.Hacıağazadənin həmin narkotik vasitəni qohumu, Astara rayon Pəlikeş kənd sakini Vüqar Vahabovdan əldə etdiyi müəyyən edilib və sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb. V.Vahabovun yaşadığı evə keçirilən baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxlanığı “Toz” markalı müvafiq sənədləri olmayan ov silahı və həmin silaha aid 26 ədəd patron aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan T.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 320 qram marixuana və 1 ədəd qanunsuz olaraq saxlanığı müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »