Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçu ona qırmızı vərəqə göstərən hakimə aşiq olub
Futbolçu ona qırmızı vərəqə göstərən hakimə aşiq olub

Hollandiyada maraqlı hadisə baş verib. "Emmen"in futbolçusu Ceff Hardeveld ona qırmızı vərəqə göstərən hakimlə tanış olduqdan sonra ona aşıq olub.

Bizimyol.info xəbər verir ki, Hollandiya futbolunda yaşanan maraqlı sevgi hekayəsi ölkə mətbuatında yayılıb.

Avqustun 13-də keçirilən "Emmen"lə "Eyndhoven" qarşılaşmasında hakim Şona Şükrula tərəfindən qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılan futbolçu Ceff Hardeveld daha sonra Şona ilə sevgili olub.

Ceff Hardeveld və hakim Şona Şukrula İnstaqram hesablarında paylaşdıqları fotolarla sevgi münasibətlərinin olduğunu açıqlayıblar.

Qeyd edək ki, Ceff Hardeveld hakim Şona Şükrula tərəfindən oyunun 90-cı dəqiqəsində qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »