İsveçrənin Cenevrə şəhərində dövlət katibinin müavini Vendi R.Şermanın Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşdüyünü bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price tərəfindən edilən yazılı açıqlamada bildirilir.
N.Price qeyd edib ki, Şerman və Ryabkovun yanvarın 10-da Strateji Sabitlik Dialoqu (SSD) fövqəladə toplantısında hər iki tərəfin müzakirə edəcəyi ikitərəfli məsələləri müzakirə ediblər.
"Görüş zamanı dövlət katibinin müavini Birləşmiş Ştatların beynəlxalq suverenlik, ərazi bütövlüyü və suveren xalqların öz müttəfiqlərini seçmək azadlığı prinsiplərinə sadiqliyini vurğulayıb", - məlumatda deyilir.
Şerman rusiyalı həmkarına deyib ki, “ABŞ diplomatiya yolu ilə real irəliləyişə nail olmaqdan məmnun olacaq”.
“ABŞ SSD görüşündə Rusiya ilə bəzi ikitərəfli məsələləri müzakirə edəcək, lakin avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropa təhlükəsizliyini müzakirə etməyəcək”, - bəyanatda deyilir.
Bildirilib ki, nazir müavini müəyyən məsələlərə yanvarın 12-də Brüsseldə keçiriləcək NATO-Rusiya Şurasının və yanvarın 13-də Vyanada keçiriləcək ATƏT-in Daimi Şurasının iclaslarında baxılacağını bildirib.
Bizimyol.info