Qazaxıstan hakimiyyəti hibrid terror hücumu ilə üzləşdi və bu, dövlət çevrilişi məqsədi güdmüş ola bilər.
Bizimyol.info xəbər verir ki, bunu Qazaxıstanın dövlət katibi Yerlan Karin respublika telekanalı “Xəbər 24”ün efirində deyib.
“Qazaxıstana qarşı hibrid terror hücumu ilə qarşı-qarşıyayıq. Düşünürəm ki, yekun məqsədi ümumi sabitliyin pozulması və ola bilsin ki, dövlət çevrilişi olub”, - deyə Karin bildirib.
O qeyd edib ki, hücumların arxasında kimin dayanmasına son cavabı xüsusi xidmət orqanları verəcək.
"Fakt budur ki, ekspertlər bütün bu hadisələri köhnə şablonlarla qiymətləndirirlər. Kimlərsə onları rəngli inqilablarla, məxməri inqilablarla müqayisə edir. Amma Qazaxıstana münasibətdə, məncə, onlar uygun olmayan müqaisədir. Ölkəmizdə vəziyyət və mövqe fərqlidir. Hakimiyyət orqanlarının vəziyyəti kifayət qədər sabitdir və hər cür tədbirlərə vəziyyət üçün hazırdır. Hakimiyyət ölkədə rəngli inqilabların klassik variantlarının həyata keçirilməsinə imkan verməyəcək”, - deyə dövlət katibi bildirib.
Onun sözlərinə görə, həm Qazaxıstan vətəndaşları, həm də xarici vətəndaşlar terror qruplaşmalarının hücumunun iştirakçıları olduğu üçün "daxili və müəyyən xarici qüvvələrin birlikdə həyata keçirmək istədikləri çevriliş planı" olub.
Bizimyol.info