Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Yunanıstanı Ankarada görüşə dəvət edib
Türkiyə Yunanıstanı Ankarada görüşə dəvət edib

Türkiyə Aralıq dənizində Yunanıstanla problemlərin sülh yolu ilə həllinə sadiqdir və Yunanıstan tərəfini məsələlərin həlli üçün Ankarada keçiriləcək görüşə dəvət edir.

Bizimyol.info xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"Bütün təxribatlara baxmayaraq, biz görüşməyi, məsələləri sülh yolu ilə həll etməyi, etimadın yaradılması üçün tədbirlər görməyi təklif edirik. Biz Yunanıstan tərəfini Ankaraya görüşə dəvət edirik. Görüşlərdə problemli məsələlərin müzakirə olunaraq həllini istəyirik. Bizim bütün sülhsevər yanaşmamıza baxmayaraq, hava məkanımızı və ərazi sularımızı pozmağa davam edirlər”, - deyə nazir qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »