Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib.
Bizimyol.info xəbər verir ki, bu barədə aktyorun yaxınları məlumat verib.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət cəkən Əməkdar artist bu gün dünyasını dəyişib.
Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib.
1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yaranıb.
Novruz Qartal 25 iyun 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.
Qeyd edək ki, Novruz Əliyev (Qartal) onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, 2021-ci il noyabrın 23-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində əməliyyat olunub.
Allah rəhmət eləsin!