Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donbassda ruslar Urayna hərbçisini yaralayıb
Donbassda ruslar Urayna hərbçisini yaralayıb

Donbasda Birləşmiş Qüvvələrin bir üzvü yaralanıb, vəziyyəti qənaətbəxşdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna XTD qərargahının mətbuat mərkəzi yanvarın 8-i saat 17.00-a "Facebook" səhifəsinə Birləşmiş Qüvvələr əməliyyat ərazisindəki vəziyyətlə bağlı axşam hesabatında məlumat verilib.

Qeyd olunur ki, Rusiyanın işğalçı qüvvələri 22 iyul 2020-ci ildə Üçtərəfli Təmas Qrupu çərçivəsində əldə edilmiş razılaşmalara məhəl qoymamaqda davam edir.

Günün əvvəlindən Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən beş pozuntu qeydə alınıb. O cümlədən dörd dəfə atəşkəs pozulub. Bunlardan biri Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə etməmək barədə atəşkəs rejiminin pozulmasıdır. Digəri təmas xəttinin kəsişməsində düşmənin pilotsuz uçuş aparatını istifadə edilməsidir.

Düşmənin hərəkətləri nəticəsində Birləşmiş Qoşunların bir üzvü yaralanıb. Döyüşçü xəstəxanadadır. Onun vəziyyəti qənaətbəxşdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »