Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Regionu bütövlükdə sabitlik adasına çevmək niyyətindəyik
Regionu bütövlükdə sabitlik adasına çevmək niyyətindəyik

Milli Müdafiə Naziri Hulusi Akar media qurumlarının Ankara nümayəndələri ilə bir araya gəldiyi toplantıda gündəmlə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, o, Azərbaycanda baş verənlərə toxunaraq: "Azərbaycan bizim əziz qardaşımızdır. Azərbaycanın ədalətli işlərində bir millət, iki dövlət nöqtəsindən başlayaraq onların yanındayıq", - deyə bildirib.

Akar, bundan əlavə, məqsədlərinin bütün Qafqazda davamlı sülh və sabitliyə nail olmaq olduğunu bildirib: “Bizim arzu, ümidimiz odur ki, Ermənistan cənab Əliyev və cənab Ərdoğanın birgə onlara uzaddıqları sülh əlinin tutmağı bacarsın. Bu Ermənistandan asılı məsələdir. Tək məsələ Azərbaycan - Ermənistan deyil, bununla bütün region Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İranı bütövlükdə sabitlik adasına çevirir”, - deyib.

Azərbaycanla ortaq hərbi işlərin davam etdiyini deyən Akar, atəşkəsə nəzarət üçün yanvarın 30-dan etibarən ruslarla ortaq mərkəz yaradıldığını xatırladıb. Orada atəşkəs pozulmalarının nəzarətdə saxlnıldığını qeyd edən Akar: "Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozulmaları getdikcə azalır. Sabitlik belə daha əhatəli olur. Ümid edirik ki, yaxın günlərdə çox daha stabil vəziyyət yaranacaq. Buradakı işlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə olunacağına inanırıq və bunun davamlılığına töhfə verdiyimizi görürük”.

Azərbaycan ordusu ilə mina və partlayıcı maddələrin təmizlənməsi üçün çalışdıqlarını qeyd edən Akar, burada sülhün daimi olmasının həm Xəzərdə, həm də Qara dənizdə müsbət təsirləri olacağını bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »