Bizimyol.info 09 yanvar, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:
Xüsusilə diqqətlə intuisiyanıza qulaq asmağa dəyər: onun göstərişləri sayəsində vacib bir şey tapmaq mümkün olacaq. Uzun müddətdir hər kəsi çaşdıran suala cavab tapmaq şansınız da var. Alınan məlumatlar planları müəyyənləşdirməyə, ciddi bir iş qurmağa, əvvəllər ciddi hesab etdiyiniz bir nəticəyə nail olmağa imkan verəcək. Günün emosional fonu əlverişlidir, ən sadə detallar belə sevinc gətirəcək. İnsanlar hər şeyə yaradıcı yanaşmağı bacaracaqlar, ona görə də darıxmağa vaxt da olmayacaq. Daha əvvəl bir araya gəlməyən insanlar ümumi məqsədləri olduğunu anlayaraq birləşə bilərlər.
Qoç - Qoçların peşəkar fəaliyyətdə uğurları onların fərdi fəallığından asılı olacaq. Karyera yüksəlişi yolunda ilk addım əlavə öhdəliklər gətirəcək. Siz bu gün uğurla sərmayə yatırımları edə bilərsiniz. Amma ulduzlar günün ikinci yarısını ev işlərinə həsr etməyi tövsiyə edir - siz ailədəki mühüm problemlərdən birini həll edə biləcəksiniz. İstənilən pəhriz və idman məşqləri bu gün sizə yaxşı fayda verəcək.
Buğa – Bu gün Buğaları demək olar ki, istənilən işdə uğur gözləyir. Karyera nərdivanında yeni vəzifəyə təqdimat mümkündür. Buğalar bu gün özlərini inkişaf etdirmək imkanı qazanacaqlar - ədəbiyyat, rəssamlıq, istənilən növ yaradıcılıq seminarlarında iştirak etmək faydalı və pozitiv olacaq. Sosial əlaqələri genişləndirmək və yeni faydalı tanışlıqlar əldə etmək üçün bu gün əlverişli şərait yaranacaq. Ulduzlar sizə bu gün ailə daxilində evlilik münasibətlərini gücləndirməyi məsləhət görür. Həmçinin subayları da rəngarəng bir sevgi macərası gözləyir.
Əkizlər – Ulduzlar Əkizlərə çox vaxt və səy tələb edən, lakin heç bir geri dönüş gətirməyən layihədən qurtulmağı məsləhət görür. Yanvarın 9-da pul çatışmazlığı ailədə qalmaqallara və mübahisələrə səbəb ola bilər. Ulduzlar ailə üzvlərinizlə birlikdə böyük alışlar planlaşdırmağı tövsiyə etmir. Siz axşam saatlarında açıq havada gəzintiyə çıxmalısınız - bu, gərginliyi aradan qaldırmağa və yığılmış neqativ hisslərdən qurtulmağa kömək edəcək.
Xərçəng - Yanvarın 9-da Xərçənglər əsas məqsədlərinə daha çox diqqət yetirməli və planlaşdırılan işləri həyata keçirməlidirlər. Bu gün pul məsələlərinin həlli üçün əlverişlidir - maliyyə vəziyyətiniz tezliklə yaxşılaşacaq. Ulduzlar yaxınlarınıza qarşı daha yumşaq olmağı və onlardan çox şey tələb etməməyi tövsiyə edir. Sizi daha çox istirahətə ehtiyac duyacaqsınız. Sonsuz gərginlik və yuxusuzluq yorğunluğa səbəb olacaq. Ona görə də hərdənbir fasilə götürməyi də unutmayın.
Şir - Yanvarın 9-da siz vacib prioritetlərinizə üstünlük verməli və taktiki cəhətdən çevik hərəkət etməlisiniz. Siz daha inamlı olmalısınız və belə olarsa, heç kim sizin planlarınızı poza bilməz. Bu gün komanda şəklində ünsiyyət, birgə fəaliyyət və ya qrup halında idman məşqləri xoş əhval yaradacaq. Ailələri kiçik ev işləri gözləyir, ancaq özünüzü həddən artıq yükləməməlisiniz. Sevsiyiniz bir insanla mübahisə etməyiniz mümkündür. Ulduzlar belə vəziyyətlərdə sizə səbr və nəzakət göstərməyi tövsiyə edir. Bu yolla uzunmüddətli küsülülükdən qaça biləcəksiniz.
Qız – Bu gün Qızlar karyera yüksəlişinə diqqət yetirməlidirlər, lakin maliyyə məsələlərinin həllinə bu gün baş vurmağa dəyməz. Ailə daxilində gün sakit keçəcək, xüsusən də əgər siz ağıllı şəkildə bir kompromis tapmağı bacarırsınızsa... Ulduzlar sizə əsəb sistemini emosiyalarla yükləməməyi və istənilən vəziyyətdə müsbət münasibət saxlamağı tövsiyə edir. Yumor hissi faydalı ola bilər. Bu gün qidalanma zamanı da diqqətli olun – şox aludə olmaq sonradan narahatlıqlara səbəb olacaq.
Tərəzi – Bu gün Tərəzilər həm işgüzar, həm də şəxsi həyatda yeni münasibətlərə uğurla başlaya biləcəklər - bu gün onların iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq imkanları da olacaq. Ulduzlar bu işarə altında doğulanlara bu gün oprtaya çıxacaq əlavə qazanc imkanından möhkəm yapışmağı tövsiyə edir. Təmiz havada müntəzəm gəzintilər və gündəlik yüngül idman hərəkətləri fiziki durumunuzu gücləndirməyə kömək edəcək.
Əqrəb – Bu gün Əqrəblər istədikləri nəticəni əldə etmək üçün qollarını çirmələyib işləməli olacaqlar. Ulduzlar sərbəst pul vəsaiti olanlara bu gün daşınmaz əmlaka investisiya yatırmağı tövsiyə edir. Ünsiyyət və nostalji hisslər yaşamaq üçün bu gün əlverişli zamandır - köhnə əlaqələr və köhnə hobbilər yada düşə bilər. Canlı emosiyalar da az olmayacaq. Ulduzlar sağlamlığınızı qorumaq üçün xırda məsələlərə görə əsəbiləşməyin zərərli olduğunu da xatırladır.
Oxatan – Bu gün Oxatanlar dəyişikliyə hazır olmalıdırlar. Uğurlar bu işarənin nümayəndələrini hər addımda müşayiət edəcək. Bu gün maliyyə planlaması, qarşıdan gələn xərcləri planlaşdırmaq və pul vəsaitləri daxilolmaları üçün əlverişlidir. Sizin sağlamlıq vəziyyətiniz bir az pisləşə bilər. Buna səbəb özünüzü soyuqdan qorumaq məsələsində səhlənkarlığınız olacaq. Fiziki vəziyyətinizi ağırlaşdırmamaq üçün bu gün idman zalına getməkdən çəkinmək məsləhət görülür.
Oğlaq – Ulduzlar bu gün sizə karyera yüksəlişi və daha yüksək maaş almaq hədəfi ilə öz ixtisasınızı artırmaq üçün vaxt tapmağı tövsiyə edir. Müqavilələrin, işgüzar əməliyyatların və uzunmüddətli sövdələşmələrin bağlanması üçün bu gün əlverişli zamandır. Bu gün edilən böyük və kiçik alış-verişlər uğurlu olacaq. Ulduzlar əlavə öhdəliklər götürməməyi və daha çox istirahət etməyi məsləhət görür.
Dolça – Bu gün Dolçaların ulduz falına görə, onlar uzun müddətdir davam edən problemləri uğurla həll edə biləcəklər - onlara yalnız səy göstərmək və təxəyyülü işə salmaq lazımdır. Ulduzlar hər hansı bir işə başlamağı təxirə salmağı, eləcə də bu gün üçün böyük əməliyyatlar və bahalı alışlar planlaşdırmamağı tövsiyə edir. Həmçinin by gün pəhrizə nəzarət etmək, yarımfabrikat qida məhsullarından imtina etmək tövsiyə edilir.
Balıq - Yanvarın 9-da Balıqlar peşəkar sahədə aktiv fəaliyyətlərdən çəkinməlidirlər. Ulduzlar onlara bu gün əylənməyi və istirahət etməyi məsləhət görür. Sağlamlıq vəziyyətiniz bu gün bir qədər zəifləyəcək - tez-tez qəlyanaltı tipli qidaların qəbulu həzm problemlərinə səbəb ola bilər. İşlə çox məşğul olmaq Balıqların şəxsi həyatına mənfi təsir edəcək, ona görə də istirahətə vaxt ayırmaq lazımdır.