Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qabaqcadan pul alan restoranlar: "Cibində nə qədər pul var" deyə soruşmaq qeyri-etikdir
Qabaqcadan pul alan restoranlar: "Cibində nə qədər pul var" deyə soruşmaq qeyri-etikdir

Son zamanlar sosial şəbəkələrdə bəzi restoranların depozitlə çalışmasından narazılıqlar müzakirə edilir. Depozitlərin çox olması, istehlakçıların aldadılması barədə şikayətlər yer alır. Bir restorana daxil olursan və sənə bildirilir ki, depozit ödəməlisən. Bundan sonra sən masa arxasına keçib, rahat yemək yeyə bilərsən. Səni menyu qane etməyə bilər və yaxud seçdiyini yemək depozitə daxil olmaya bilər. Qısacası, restoranların depozit məsələsindən heç fələk də baş aça bilmir.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, restoranların depozit tələbi bəzi ölkələrdə var: “Məsələn, Buenos-Ayresdə hotellərdə içki içmək üçün depozit qoyulmalıdır. Məsələn, Amerikada tədbirlərin birində mən MDB qrupunun rəhbəri idim. Hoteldən çıxanda hamıdan 120 dollar pul tələb etdilər. Biz 12 nəfər idik. İnsanlar əlini uzadıb hansısa içkiyə baxsın nədir, fotodiod vasitəsilə mərkəzə ötürülüb ki, içki satın alındı. İçildi-içilmədi, qapağı açıldı, açılmadı, buna fikir verən yoxdur. Təbii ki, biz o pulu ödəmədik. Hotel rəhbərliyi ilə danışıb, o məbləği ləğv etdirdim. Belə əcayib hallar, istehlakçı hüquqlarının pozulması, istehlakçılardan belə şəkildə pul tələb olunması təəssüf olsun ki, dünyanın hər yerində var. Mən istəməzdim ki, Azərbaycan cəmiyyətində belə hallar olsun”.

Eyyub Hüseynov Eyyub Hüseynov

Kapitalizm cəmiyyətlərinin belə adət-ənənələrinin Azərbaycana da gəldiyini deyən E.Hüseynov bildirir ki, bu məsələ qanunla tənzimlənmir. Belə ki, depozit məsələsini biznes qurumları özləri müəyyən edirlər. Ekspert hesab edir ki, bu məsələlərin tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti qərar verməlidir.

“Əlbəttə müxtəlif istehlakçı kateqoriyaları mövcuddur. Bunu da unutmamaq lazımdır. Ola bilər ki, istehlak edib pulu ödəməsin. Bunun hüquqi həllini tapmaq isə sahibkar üçün xeyli çətindir. İstehlakçılar elə davranmalıdır ki, sahibkarlar da bu üsullara əl atmasın. Əslində bu hal istehlakçılara hörmətsizlik kimi dəyərlənməlidir. Hər bir restoranda istehlakçı menyu ilə tanış edilməlidir. İstehlakçıdan təbii ki, "sənin cibində nə qədər pul var" deyə soruşmaq qeyri-etikdir. Ancaq menyu ilə tanış olmaq önəmlidir. Menecerlər istehlakçının üzünə baxaraq müəyyən etməlidir ki, bu istehlakçı aldığı məhsulun pulunu verə bilər, yoxsa yox”,- deyən ekspert bunun narazılıq doğuran bir amil olduğunu vurğulayıb.

Əziz istehlakçı, cibində pul varsa, ürəyin istədiyi və sənə menyunun təqdim edildiyi restoranı seç ki, sonra depozit məsələsi ilə bağlı mübarizə aparmayasan və düşünməyəsən ki, görəsən aldadıldımmı, yoxsa o qədər yedim?

İlahin, Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »