Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda balıq görmüsünüzsə, sizi nə gözləyir... - Yuxuyozma
Yuxuda balıq görmüsünüzsə, sizi nə gözləyir... - Yuxuyozma

“Yuxuda balıq görmək, ruzi-bərəkət deməkdir” deyib böyüklərimiz. Hər zaman bunu belə bilmişik. Yuxularımızı da elə hər zaman yaxınlarımıza, böyüklərimizə danışmışıq ki, pis yerə yozulmasın. Çünki deyilənə görə, yuxular necə yozulursa, elə də olur. Yəni yuxunu görən kimi ilk kimə danışsan və nə deyilsə, yuxu da elə çıxır. Buna görə də ətrafınızda yaxınınız yoxdursa, yuxularınızı suya danışın. Belə olan zaman yuxunun yozumu Allahın istədiyi kimi olur.

Bu gün Bizimyol.info saytı olaraq yuxuda balıq görməyin yozumunu sizinlə paylaşacağıq.

  • Yuxuda balıq görmək var-dövlət, ruzi-bərəkət deməkdir.
  • Yuxuda duzlu balıq kədərə işarədir.
  • Yuxuda bişirilmiş duzlu balıq yemək pul qazanmaq, təhsil üçün ölkə dəyişdirməyə yozulur.

    Yuxuda balıq yemək xoşbəxtlik, mülk, uşaq sahibi olmaq deməkdir.

  • Balığı canlı-canlı yemək mal mülk sahibi olacağına işarədir.

Yuxuda balıq bişirmək

Yuxuda balıq bişirdiyini görmək sıxıntıların gedəcəyinə, yaxşı işə və var-dövlətə işarədir.

Yuxuda böyük balıq görmək

İmam Cəfəri Sadiqin yuxuyozmasına görə, yuxuda balıq görmək nazir, hərbçi, bakirə qız, var-dövlət, kədər, xidmətçi və s. kimi mənalara yoxulur. Yuxuda göydən qızarmış balığın düşdüyünü görmək, düşmənə qarşı zəfərə işarədir.

Yuxuda balıq tutmaq

Yuxuda balıq tutmaq böyük sərvət deməkdir. Yuxuda böyük və nadir balıq tutmaq varlı ailənin qızı və ya oğlu ilə evlənməyə işarədir. Yuxuda hamilə qadının qarnından balıq çıxması, qız uşağl doğacağlna işarədir. Yuxuda balıq satdığını görmək ruzi bərəkətə işarədir.

Yuxuda balıq almaq

Yuxuda balıq almaq evlənməyə işarədir. Sürüşkən balıq, pul itirəcəyinizə işarədir. Balıq kəsmək xəstənin şəfa tapmasına, ölü balıq ruzinin azalmasına yozulur.

  • Yuxuda balıq qızartmaq şənlik və əyləncəyə işarədir.
  • Yuxuda çürümüş və qoxan balıq görmək qadağan olunmuş münasibətlərdən çəkinmək üçün tövsiyyə yuxusudur.
  • Yuxuda yataqda balıq görmək əzələ, sümük ağrısı kimi xəstəliyin xəbərçisidir. Əgər yuxuda gördüyünüz balığın üzü gözəldirsə, yaxşı dostlarınız olacaq. Üzü çirkin olan balıq, pis niyyətli insanları tanımağa işarədir.
  • Yuxuda balıq dolu akvarium görmək yetimlərə yardım edəcəyinizin xəbərçisidir. Ya da sizə tövsiyyə edilir ki, yardım edəsiniz.
  • Yuxuda dənizdən balıq tutmaq yaxşı işə işarədir. Çalışdığınız sektorda uğur əldə edəcəksiniz.
  • Tutduğunuz balığı əlinizdən qaçırmaq uğursuzluğa işarədir.
  • Yuxuda sahildə balıq görmək işinizi dəyişdirəcəyinizə işarədir.
  • Yuxuda yumşaq dərili balıq görmək sizi aldatmağa çalışan birindən fayda gələcəyinə işarədir.

Yuxuda balıqçı görmək

Yuxuda balıqçı görmək çətinliklərdən, uğursuzluqlardan, dava-dalaşdan, pis hisslərdən, stress və depresiyadan qurtulma mənasını verir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »