Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanları nakotik vasitələr satmağa məcbur edən narkobaron tutulub - Video
İnsanları nakotik vasitələr satmağa məcbur edən narkobaron tutulub - Video

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Şüvəlan, Binə, Qala və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Nemət Behbudov Xəzər rayonunda narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq digərlərini bu işə cəlb edib. Nemət Behbudov satmaq üçün narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Nemət Behbudov şəbəkənin üzvlərinə narkotik vasitələr satdırmaq üçün daim onlara hədə-qorxu gəlib və təzyiq altında saxlayıb.

Nemət Behbudov və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »