Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev respublikanın paytaxtındadır və dövlət başçısı Kasım-Jomart Tokayevlə birbaşa əlaqə saxlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay TASS-a məlumat verib.
“Elbasy (millətin lideri Nursultan Nazarbayev) Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir. Xahiş edirəm bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın.
Elbasy bir sıra məşvərətçi görüşlər keçirib və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - deyə Ukibay "Twitter" səhifəsində yazıb.
O, həmçinin bildirib ki, Nazarbayev Qazaxıstana dost olan dövlət başçıları ilə bir neçə dəfə telefon danışığı aparıb: "Elbaşı hazırkı çağırışların öhdəsindən gəlmək və ölkəmizin bütövlüyünü təmin etmək üçün hər kəsi Qazaxıstan Prezidentinin ətrafında birləşməyə çağırır", - deyə mətbuat katibi qeyd edib.
Bizimyol.info