Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Daşoğuz rayonunda yerləşən və xalq arasında “Cəhənnəm qapıları” adlandırılan Darvaza qaz kraterini söndürməyi əmr edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Turkmenportal" məlumat yayıb.
“Bu ərazidə külli miqdarda qaz yanır. Bu hal ətraf mühitə və yaxınlıqda yaşayan insanların sağlamlığına mənfi təsir göstərir. Təbii qaz da istehlak olunur ki, ondan da əhalinin rifahını təmin etmək üçün xeyli gəlir əldə etmək olar. Biz müstəqil neytral Vətənin nəhəng karbohidrogen ehtiyatlarının doğma xalqımızın mənafeyinə uyğun işlənməsi üçün bütün lazımi şəraiti yaradırıq və yaradacağıq”, - deyə Berdıməhəmmədov bildirib.
Qeyd edək ki, Darvaza kəndi yaxınlığındakı bu yanğın qəza nəticəsində baş verib. 1971-ci ildə qəzadan sonra meydana gələn yanğın bütün müdaxilələrə baxmayaraq söndürmək mümkün olmayıb.
Bizimyol.info