Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyləqan və Gədəbəy rayonlarında yanğın olub
Beyləqan və Gədəbəy rayonlarında yanğın olub

Beyləqan rayonunda fərdi yaşayış evi yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Kəbirli kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Gədəbəy rayonunun Xarxar kəndində baş verib.

Belə ki, kənddə ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »