Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin keçmiş müşaviri: Hakimiyyətin daxilində satqınlar var
Nazarbayevin keçmiş müşaviri: Hakimiyyətin daxilində satqınlar var

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev silahlı iğtişaşların səbəbi kimi ölkə rəhbərliyindəki məmurlanın xəyanət etmələrini göstərib.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Eks-məmur deyib ki, Qazaxıstandakı silahlı etirazlar Sovet İttifaqının dağılmasından keçən 30 il ərzində bütün postsovet məkanında ən ciddi böhrandır:

"Dövlət çevrilişinə cəhdin, silahlı üsyanın miqyası göz qabağındadır. O qədər geniş əhatəli təşkilatlanmanı, hakimiyyətin ən yüksək eşelonundan, xüsusən də hüquq-mühafizə orqanlarından xainlər olmadan həyata keçirmək mümkün deyildi. Bu, dövlətə qarşı dəhşətli cinayətdir”, - deyə Ertısbayev bildirib.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-də bir çox vətəndaşın avtomobillərinə yanacaq doldurmaq üçün istifadə etdiyi maye qazın qiymətinin iki dəfə artması fonunda başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »