Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 406 min 796 nəfərin test edildiyi, 63 min 214 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 min 197 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Son xəbərlər
Bütün xəbərlər »