Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin KTMT ölkələrinin liderləri ilə telefon danışığı aparıb
Putin KTMT ölkələrinin liderləri ilə telefon danışığı aparıb

Rusiya prezidenti Vladimir Putin cümə axşamı və cümə günləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər ölkələrindən olan həmkarları, o cümlədən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə bu respublikadakı vəziyyətlə bağlı bir neçə dəfə telefon danışığı aparıb.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Putin dünən və bu gün KTMT-yə üzv ölkələrin liderləri ilə bir sıra telefon danışıqları aparıb. O, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, eləcə də Ermənistanın baş naziri ilə danışıqlar aparıb”, - deyə Kremlin sözçüsü bildirib.

“Putin Qazaxıstan prezidenti Tokayevlə dəfələrlə telefonla danışıb. Qazaxıstandakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə, Qazaxıstan vətəndaşlarının asayişini və təhlükəsizliyini təmin etmək üçün KTMT mandatı çərçivəsində birgə fəaliyyət müzakirə edilib”, - deyə Peskov bildirib.

“Bununla yanaşı, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu KTMT sülhməramlı qüvvələrinin əməliyyatı başladığı andan Putinə sülhməramlı qüvvələrin Qazaxıstana köçürülməsinin gedişi və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi barədə davamlı olaraq hesabat verir”, - prezidentin mətbuat katibi bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »