Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə Qazaxıstanı tərk ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə "orda.kz" öz mənbələrinə istinadən yazır.
Onların sözlərinə görə, ölkədə yalnız böyük qardaş Bolat Nazarbayev qalıb.
“Maraqlıdır ki, Qazaxıstanda siyasi böhran başlayandan bəri nə rəsmi hakimiyyət orqanları, nə dövlət telekanalları Nursultan Nazarbayevin və onun ailə üzvlərinin adını çəkmir. Onların harada olduqları barədə, başlarına nə hadisə gəlməsi barədə məlumat verilmir. Bizdə məlumat var ki, birinci prezident və qızları ailələri ilə birlikdə Qazaxıstanı tərk ediblər”, – deyə qəzet yazır.
Qeyd edək ki, Nazarbayev 2019-cu ilin martında ölkəninprezidenti vəzifəsindən istefa verib. Eyni zamanda, o, xalq lideri statusu qazanaraq Təhlükəsizlik Şurasının sədri vəzifəsini qoruyub saxlamışdı.
Ölkədəki etirazlar və qırğınlar fonunda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etməyə başlayıb. Bundan sonra Taldıkorqanda etirazçılar Nazarbayevin abidəsini söküblər.
Bizimyol.info