Şimali Koreya növbəti aclıq günlərini yaşayır. Qapalı ölkə pandemiya günlərini ağır keçirir. Əhalinin nəzərəçarpan hissəsi qida tələbətanı təmin edə bilmir.
Bizimyol.info xəbər verir ki, Şimali Koreyada aclıqla bağlı divar yazısı dövlət başçısını qəzəbləndirib. Kim Çen In onun ünvanına təhqiredici ifadələr yer alan yazının müəllifinin tapılmasını istəyir. Xüsusi xidmət orqanları axtarışdadır. Bunun üçün orqan əməkdaşları qapı-qapı gəzərək insanlara kağız üzərində müəyyən ifadələr yazdırırlar. Bununla yazının müəllifini müəyyənləşdirməyə çalışırlar.
Yazıya paytaxt Pxenyanda rast gəlinib. Divarda “insanlar acından ölür” ifadəsindən başqa bir neçə cümlə yazılıb. Aclıqda Kim Çen In ittiham olunub. Başqa təhqiredici sözlər əlavə edilib.
Pxenyan polisi bütün mümkün kamera görüntülərinə baxmağa başlayıb. Dövlət başçısını yazının müəllifini tezliklə tapacaqlarına əmin ediblər.
Şimali Koreya hakimiyyəti hər hansı etiraz nümunəsinə alışmayıb. Bu ölkədə səsini çıxaran istənilən şəxsi ölüm cəzası gözləyir. Əhali ağır sosial şərtlərlə yaşayır. Hər il minlərlə şimalikoreyalı vətəndən qaçmağa cəhd göstərir.
Aytən, Bizimyol.info