Rusiya sülhməramlıları və texnikası ilə birlikdə doqquz "İl-76" Alma-Ataya gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiyaya məxsus 9 "İl-76" hərbi-nəqliyyat təyyarəsi hərbçilər və hava-desant qüvvələri ilə Qazaxıstan Respublikasının Almatı aerodromuna eniş edib”, - məlumatda deyilir.
Rusiya sülhməramlı kontingentinin bölmələri vəziyyəti aydınlaşdırdıqdan sonra verilən tapşırıqları yerinə yetirməyə başlayıblar.
Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılan 70-dən çox "İl-76" və 5 "An-124" təyyarəsindən ibarət hava qruplaşması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hissələrini Qazaxıstana təhvil verib.
Qeyd edək ki, yanvarın 6-da Rusiya sülhməramlı qüvvələri kontingentinin ilk hissələri Qazaxıstana gətirilmişdi.
Bizimyol.info