İtaliyanın Siciliya bölgəsində tanınan və 20 il axtarışda olan mafiya başçısı Gioacchino Gammino "Google Maps" adlı xəritə tətbiqi sayəsində İspaniyada ələ keçib.
Bizimyol.info xəbər verir ki, xarici mətbuatda yer alan xəbərə görə, onun yerinin aşkar edilməsi Facebookda açdığı saxta hesab və “Google Maps” sayəsində olub.
Məlum olub ki, İspaniya və İtaliya polis qüvvələrinin əməkdaşlığı ilə həyata keçirilən əməliyyatda saxlanılan Gioacchino Gamminonun yaşadığı ərazidə özünü sadə bir aşpaz kimi təqdim edib. Lakin əslində o, ən çox axtarılan 100 mafiya başçısından biri hesab edilir.
Gammino özü də polisin onu necə tapması, yerini necə təyin etməsinə təccüblə yanaşıb və tutulan zaman polisə "məni necə tapdınız? 10 ildir ki, heç ailəmə belə zəng etmirəm" deyə sual verib.
Qeyd edək ki, çoxsaylı mafiya cinayətlərinə görə mühakimə olunan və ilk dəfə 1990-cı illərin sonunda Barselonada yaxalanan Gammino, 2002-ci ildə film çəkilişləri zamanı Romadakı həbsxanadan müəmmalı şəkildə qaçıb və o vaxtdan bəri axtarışda olub.
Leyla, Bizimyol.info